...

Azərbaycan Mərkəzi Bankı 2010-cu ildə bank sektorunda problemli aktivlərin payının azaldılması üzrə fəaliyyətini canlandıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Fevral 2010 16:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankı (AMB) 2010-cu ildə problemli aktivlərin, o cümlədən müddəti bitmiş kreditlərin səviyyəsinin azaldılması sahəsində fəaliyyətini canlandıracaq. Bu barədə cümə günü AMB-nin İdarə Heyətinin sədrinin birinci müavini Alim Quliyev Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) keçirdiyi "Yeni kreditlərin verilməsinin təşviqi məqsədi ilə problemli aktivlərin satışı" mövzusunda seminarda bildirib.

AMB problemli aktivlərin keyfiyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin keçirilməsinə başlayıb. Mərkəzi Bankın preventiv tədbirləri kreditləşmənin və aktivlərin artım tempinin dayandırılmasına və risklərin idarə olunması sisteminin təkmilləşdirilməsinə yönəlib.

Onun sözlərinə görə, AMB problemli aktivlərin analizini də keçirir.

"Hazırda AMB-nin fəaliyyətində prioritet istiqamət 2010-cu ildə ölkədə maliyyə sabitliyinin saxlanmasıdır. Bununla əlaqədar problemli aktivlərlə bağlı məsələnin həlli sahəsində fəaliyyət gücləndiriləcək", - Quliyev bildirib.

Seminar BMK, PriceWaterHouseCoopers, həmçinin Azərbaycan Peşəkar Risk Menecerləri Assosiasiyası tərəfindən təşkil olunub. Tədbirdə ölkənin 30-dan çox maliyyə institutunun əməkdaşları iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti