Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir Ü.İsmayılova/
Azərbaycan Dövlət Gömrük Komitəsinin gəlirləri birinci rüb ərzində 2009-cu ilin analoji dövrü ilə müqayisədə 167 milyon manat azalıb. Bu barədə bazar ertəsi Dövlət Gömrük Komitəsinin rəhbəri Aydın Əliyev bildirib.
"Dövlət büdcəsinə gömrük gəlirlərinin daxil olmasının azalması əsasən də vergi yığımlarında problemlərin mövcud olması ilə əlaqədardır", - Əliyev bildirib.
DGK rəhbərinin sözlərinə əsasən, dövlət büdcəsinə daxil olan gəlirlərin azalması yerli istehsal həcmlərinin artması ilə əlaqədar ölkəyə idxalın azalması və digər səbəblərlə izah olunur.
2009-cu ilin fəaliyyət yekunlarına əsasən, ölkənin ümumi əmtəə dövriyyəsinin həcmi 20,81 milyard dollar təşkil edib. Ölkənin ixrac əməliyyatları 2008-ci illə müqayisədə 69,22 faiz və ya 33,05 milyard dollar azalaraq 14,69 milyard dollar təşkil edib. İdxal 14,64 faiz və ya 1,04 milyard dollar azalaraq 6,11 milyard dollara çatıb.
Yanvar- fevral ayları ərzində xarici ticarət əməliyyatları 3,9 milyard dollar həcmində həyata keçirilib. Ölkənin ixrac əməliyyatları 2009-cu ilin analoji dövrü ilə müqayisədə 15,54 faiz və ya 1,72 milyard dollar artaraq, 3,2 milyard dollar təşkil edib. Yanvar-fevral ayları ərzində idxal 23,84 faiz və ya 220,2 milyon dollar azalaraq, 0,704 milyard dollara çatıb.