...

Azərbaycanda pivə istehsalçışı payızda Türkmənistana məhsul ixracına başlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2010 18:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir N.İsmayılova/

"Baltika-Bakı" pivə istehsalı zavodu mümkün ixrac istiqaməti qismində Türkmənistan bazarını nəzərdən keçirir. Bu sözləri çümə axşamı zavodun baş direktoru Adam Tlexuray deyib.

"Baltika" Pivə İstehsalı Şirkəti" ASC öz məhsullarının tədarükünün həyata keçirilməsinə hazırlaşır. Ona görə də məhsulun tədarükünü Rusiyadan Azərbaycana keçirmək çətin olmayacaq", - baş direktor deyib. - "Azərbaycandan pivənin ixracına payızda başlamaq nəzərdə tutulur".

Onun sözlərinə görə, "Baltika-Bakı" zavodunun gücü istehsalın faktiki istifadə olunan həcmini üstələyir. Ona görə də zavodun texniki göstəriciləri gələcək ixrac məqsədilə istehsalın həcmini artırmağa imkan verir.

Hazırda zavodun maksimal gücü ildə 100 milyon litr təşkil edir. Ötən il zavod 30 milyon litr pivə istehsal edib.

"Zavod əsasən öz məhsulunu Xəzər regionu ölkələrinə ixrac edəcək", - zavodun baş direktoru deyib.

2009-cu ilin iyunundan müəssisə Gürcüstana pivə ixrac edir.

"Baltika" Pivə İstehsalı Şirkəti" ASC Rusiyanın iri xalq istehlakı məhsulları istehsalçısıdır. 1996-cı ildən Rusiya pivə bazarının lideridir. "Baltika" brendi Avropada satış üzrə birinci yer tutur (Canadean, Euromonitor).  

Şirkət Rusiyanın 10 şəhərində zavodlara malikdir. Şirkətin Azərbaycanda da bir zavodu var və bundan başqa o, geniş brend portfelinə malikdir. "Baltika" pivə istehsalı şirkəti Rusiya pivəsinin aparıcı ixracatçısıdır: "Baltika"nın məhsulları dünyanın 50-dən çox ölkəsində təqdim olunub, şirkətin payına Rusiya pivəsinin bütün ixracının 70 faizi düşür.

Xırdalanda 1969-cu ildə istismara verilən pivə istehsalı zavodu "Bakı-Pivə" istehsalat birliyinə məxsus olub və SSRİ-nin 6 ən iri pivə istehsalı müəssisəsindən biri olub. 1997-ci ildə zavod Fransanın Group Castel konserninin idarəçiliyinə keçib. 1999-cu ildə zavodda irimiqyaslı yenidənqurma işləri aparılıb.

Baku Castel zavodu 2000-ci ildə açılıb. O vaxt zavodun istehsal gücü ildə 10 milyon dekalitrə qədər artırma imkanı ilə 6 milyon dekalitr təşkil edib.

2008-ci ildə müəssisənin məhsulu Azərbaycanın pivə bazarının 70 faizindən çoxunu tutub. 2008-ci il mayın 15-də "Baltika" şirkəti və Brasseries Internationales Holding (Eastern) Ltd (BIH Eastern) Xırdalandakı pivə istehsalı zavodunun alınmasına dair müqavilə imzalayıblar. Azərbaycanın Antiinhisar Xidmətinin sazişi təsdiqləməsindən sonra zavod "Baltika" şirkətinin tərkibinə daxil olub. 2009-cu ilin əvvəlindən zavodun adı "Baltika-Bakı"dır.

Xəbər lenti

Xəbər lenti