...

Azərbaycan Xalq Bankı kapitalın həcminə görə liderlər üçlüyünə daxil olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2010 13:54 (UTC +04:00)

Аzərbaycan, Bakı, 17 may /Trend/

Azərbaycan Xalq Bankı ümumi kapitalının həcmini 19,278 mln manata qədər artırıb, - bazar ertəsi bankdan yayılmış məlumatda belə deyilir.

"Xalq Bank" ASC-nin emissiya prosesinin başa çatması nəticəsində onun ümumi kapitalının həcmi genişləndirilib.

Ümumi fondun həcmində gedən dəyişikliklərin nəticəsi olaraq, "Xalq Bank" yerli bankların reytinq siyahısında üçüncü yeri tutub.

"Xalq Bank" öz fəaliyyətinə 2004-cü ilin dekabrında başlayıb. 2009-cu ilin yekun nəticələrinə əsasən, "Xalq Bank" aktivlərinin həcminə görə Azərbaycanın kredit-maliyyə müəssisələrinin reytinq siyahısında dördüncü yeri tutur.

Mayın 17-nə rəsmi məzənnə 0,8036 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti