...

Azərbaycanda qanunsuz fəaliyyət göstərən bütün apteklər bağlanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyun 2010 13:37 (UTC +04:00)
Azərbaycanın Səhiyyə Nazirliyi standartlara uyğun gəlmədiyi halda, apteklərin fəaliyyətinin dayandırılması üzrə işləri davam etdirəcək. Bu barədə Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev cümə axşamı bildirib.
Azərbaycanda qanunsuz fəaliyyət göstərən bütün apteklər bağlanacaq

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanın Səhiyyə Nazirliyi standartlara uyğun gəlmədiyi halda, apteklərin fəaliyyətinin dayandırılması üzrə işləri davam etdirəcək. Bu barədə Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev cümə axşamı bildirib.

"Aptek sahəsində çalışanların hamısı bilir ki, fəaliyyətin bu növü yalnız xüsusi icazə alındıqdan sonra həyata keçirilir, lakin bəziləri fəaliyyətlərini qanunsuz davam etdirirlər", - nazir deyib.

Onun sözlərinə görə, son günlər ölkənin dərman bazarında vəziyyətin xeyli yaxşılaşmasına və saxta dərmanların satışının azalmasına baxmayaraq, bu istiqamətdə tədbirlər bundan sonra da davam etdiriləcək.

Bundan əvvəl nazirin dediyi kimi, hazırda Azərbaycana üç min adda dərman preparatı idxal olunur. Əvvəllər ölkəyə müxtəlif ölkələrdən 15 mindən çox adda, eləcə də keyfiyyətsiz dərmanlar gətirilirdi. Nazir bildirib ki, Səhiyyə Nazirliyinin ölkəyə keyfiyyətsiz dərman preparatlarının gətirilmə hallarının aşkar edilməsi və qarşısının alınması məqsədilə həyata keçirdiyi tədbirlər nəticəsində onların idxalının qarşısı alınıb.

Xəbər lenti

Xəbər lenti