Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir S.Əliyev/
Azərbaycan Beynəlxalq Bankı (ABB) və Özəl Sektorun İnkişafı Üzrə İslam Korporasiyası bazar ertəsi Bakıda maliyyələşdirmə xəttinin şərtləri haqda saziş imzalayıblar.
Bakıda keçirilən İİB-in islam maliyyələşdirməsi üzrə V "Qlobal sabitlik və inteqrasiya yollarında" forum çərçivəsində imzalanan sənəd ABB üçün İslam korporasiyası tərəfindən 15 milyon dollar həcmində vəsaitin ayrılmasını nəzərdə tutur.
Vəsait kiçik və orta biznesin inkişafı üçün nəzərdə tutulub.