...

Azərbaycanda fond bazarında cinayət yolu ilə əldə edilən pulların leqallaşdırılmasına qarşı mübarizə üzrə qabaqcıl dünya təcrübəsi təqdim edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Avqust 2010 20:18 (UTC +04:00)
Azərbaycanda qiymətli kağızlar bazarının iştirakçılarının peşəkar səviyyəsinin artırılmasına dəstək göstərilməsi məqsədi ilə avqustun 3-4-də Bakıda "Çirkli pulların yuyulması və terrorizmin maliyyələşməsinə qarşı mübarizə - qabaqcıl dünya təcrübəsi və yanaşmaları Azərbaycanda" mövzusunda seminar keçirilib.
Azərbaycanda fond bazarında cinayət yolu ilə əldə edilən pulların leqallaşdırılmasına qarşı mübarizə üzrə qabaqcıl dünya təcrübəsi təqdim edilib

Azərbaycan, Bakı, 4 avqust /Trend/

Azərbaycanda qiymətli kağızlar bazarının iştirakçılarının peşəkar səviyyəsinin artırılmasına dəstək göstərilməsi məqsədi ilə avqustun 3-4-də Bakıda "Çirkli pulların yuyulması və terrorizmin maliyyələşməsinə qarşı mübarizə - qabaqcıl dünya təcrübəsi və yanaşmaları Azərbaycanda" mövzusunda seminar keçirilib. Bu barədə Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin çərşənbə günü yayılan məlumatında deyilir.

Tədbir QKDK-nın təşəbbüsü ilə həyata keçirilən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) "Azərbaycanda ticarət və investisiya islahatlarına dəstək layihəsi" çərçivəsində təşkil edilib.

QKDK-nın sədr müavini İlqar Muradov öz çıxışında dünyada və Azərbaycanda bu istiqamətdə görülən işlərdən və beynəlxalq qabaqcıl təcrübədən məlumat verib, həmçinin, QKDK tərəfindən qiymətli kağızlar bazarında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə yönələn işlər haqqında bəhs edib.

Tədbir zamanı beynəlxalq ekspertlər tərəfindən qiymətli kağızlar sahəsində çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınmasına və dayandırılmasına yönələn qabaqcıl təcrübədən və bu sahəni tənzimləyən beynəlxalq təşkilatların tövsiyələri barədə də ətraflı məlumat verilib.

Görüşdə, həmçinin, məruzəçilər qiymətli kağızlar bazarında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində QKDK-nın və qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının rolu barədə də təqdimat ediblər. Daha sonra çirkli pulların yuyulması və terrorizmin maliyyələşməsində ən çox istifadə olunan metodlar və onlara qarşı mübarizə üsullarının effektivliyi barədə fikir mübadiləsi aparılıb.

Seminarda USAID-in, ölkənin Mərkəzi Bankı yanında maliyyə monitorinqi xidməti və "Azərlotereya"nın ekspertləri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti