...

İranın Astara gömrük məntəqəsi vasitəsilə çamadan ticarətinin həcmi artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Avqust 2010 19:17 (UTC +04:00)
2010-cu ilin dörd ay ərzində (İranda il martın 21-də başa çatır) Astara gömrük məntəqəsi vasitəsilə çamadan ticarətinin ümumi həcmi 13,8 milyon dollar təşkil edib. Bu barədə Astara gömrük məntəqəsinin rəisi Səid Hacıfiruzabadi deyib. Xəbəri İSNA informasiya agentliyi yayıb. Çamadan ticarəti ilə məşğul olanlar İrandan 13 053 ton mal daşıyıblar ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 85 faiz çoxdur.
İranın Astara gömrük məntəqəsi vasitəsilə çamadan ticarətinin həcmi artıb

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir T.Cəfərov/

2010-cu ilin dörd ay ərzində (İranda il martın 21-də başa çatır) Astara gömrük məntəqəsi vasitəsilə çamadan ticarətinin  ümumi həcmi 13,8 milyon dollar təşkil edib. Bu barədə Astara gömrük məntəqəsinin rəisi Səid Hacıfiruzabadi deyib. Xəbəri İSNA informasiya agentliyi yayıb. Çamadan ticarəti ilə məşğul olanlar İrandan 13 053 ton mal daşıyıblar ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 85 faiz çoxdur.

Gömrük xidməti rəhbərinin sözlərinə görə, ixrac edilən mallar arasında, əsasən, ərzaq malları, yuyucu vasitələr, geyim, konservləşdirilmiş məhsullar, plastik qab-qaşıq, meyvə, tərəvəz, müxtəlif növ sərinləşdirici içki və gül olub.

Bu mallar İrandan Azərbaycanın Lənkəran və Astara rayonlarının sakinləri üçün ixrac edilib.

"İlk dörd ay ərzində 150 862 nəfər İranda səfərdə olub, 148 054 nəfər İrandan səfər edib", - Hacıfiruzabadi qeyd edib. Onun sözlərinə görə, bu rəqəm ötən illə müqayisədə 91 faiz artıb.

Xəbər lenti

Xəbər lenti