...

Azərbaycanda saxlama müddəti ötmüş 430 kiloqramdan çox ərzaq məhsulları satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Avqust 2010 17:48 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinqlər zamanı 430 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib.

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinqlər zamanı 430 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib. Bu barədə nazirliyin məlumatında deyilir.

Monitorinqlər Bakının Binəqədi, Xətai, Nizami, Suraxanı rayonlarında, habelə Lənkəran, Zərdab, Ağcabədi, Balakən və Tərtər şəhərlərində keçirilib.

Mağazalardan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub.

İstehlakçıların hüquqlarını pozan fiziki və hüquqi şəxslərə qarşı inzibati tədbirlər görüləcək.

Xəbər lenti

Xəbər lenti