Ramazan Bayramı ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" QSC bütün daxili reyslərə əlavə vaqonlar buraxacaq

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir E.İsmayılov/
Bu gündən Ramazan Bayramı ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" QSC bütün respublika daxilindəki reyslərə əlavə vaqonlar buraxacaq. Bu barədə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov çərşənbə günü jurnalistlərə bildirib. Ramazan Bayramı Azərbaycanda sentyabrın 9-10-da qeyd ediləcək.
Əlavə vaqonlar bayram günlərində sayı artacaq sərnişinlərin daşınmasını təmin etmək üçün lazımdır.
"Hazırda bu istiqamətdə işlər aparılır və bu gündən respublika daxilindəki bütün qatarlara əlavə vaqonlar qoşulacaq", - Əzməmmədov bildirib.
Onun sözlərinə görə, QSC bu rejimdə bayram günlərindən daha bir neçə gün sonra işləyəcək.
Xəbər lenti
Avropa azərbaycanlıları 20 Yanvar faciəsini törədən SSRİ rəhbərliyinin cəzalandırılmasını tələb edir
Məktəblərdə koronavirusun qarşısının alınması üçün bütün zəruri tədbirlər görüləcək - Nazir müşaviri