...

"DəmirBank" sərfəli şərtlərlə avtokredit və lizinq xidmətlərini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Sentyabr 2010 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Azərbaycanın "DəmirBank"ı kredit məhsullarının inkişafı və şərtlərin mütəmadi optimallaşdırılması sayəsində müştərilərin avtokredit və lizinq xidmətlərindən daha səmərəli şərtlərlə istifadə edə bilməsinə yönəldilmiş işləri davam etdirir. Bu barədə çərşənbə axşamı bankdan verilən məlumatda deyilir.

Şərtlərə əsasən müştərilər 15%-dən başlayaraq, ilkin ödəniş etməklə, 60 ayadək müddətə avtomobil krediti və lizinq xidməti əldə edə bilər. Kreditin və lizinqin məbləği 5 000 manatdan başlayaraq, illik faiz dərəcələri isə 18%-dən 26%-dək təşkil edir.

Kredit və lizinq ilə aşağıdakı şərtlərə münasib avtomobillər verilir:

- rəsmi dilerdən və digər mənbədən alınan yeni avtomobillər;

- buraxılış ili 2005 - 2010-cu illər olan istifadə edilmiş avtomobillər.

- xüsusi endirimlər və şərtlərlə "Toyota", "Honda", "Mitsubishi", "Mazda", "Subaru", "Audi", "Volkswagen", "Chevrolet", "Kia", "Daewoo", "Skoda" və VAZ markalı yeni avtomobillər.

Avtomobil krediti və lizinqi əldə etmək üçün "DəmirBank"ın filiallarına və yuxarıda göstərilən avtomobil markalarının distribüter və diller salonlarına müraciət etmək olar.

"DəmirBank" müştərilərə biznes, ipoteka və istehlak kreditləri, eləcə də müxtəlif lizinq xidmətləri təklif edir. Kredit və lizinq xidmətlərindən əhalinin və şirkətlərin daha geniş, rahat yararlanması üçün bankda müxtəlif işlər həyata keçirilir: şərtlər optimallaşdırılır, qaydalar təkmilləşdirilir, tərəfdaş şirkətlərin sayı genişləndirilir və s. Bu işlər nəticəsində bankın kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 42,5 mln manat və ya 25,5% artıb", - deyə İdarə Heyəti sədrinin müavini Yusif Cabbarov bildirib.

Ölkənin ilk banklarından olan "DəmirBank" (əvvəlki adı "Azərdəmiryolbank") 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Sentyabrın 14-nə rəsmi məzənnə 0,8037 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti