...

Azərbaycan ərzaq sənayesinin məhsulları ilk dəfə Qətərdə təqdim olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2010 17:28 (UTC +04:00)
Azərbaycan ərzaq sənayesinin məhsulları ilk dəfə Qətərdə təqdim olunub. Qətərin idxal və ixracla məşğul olan aparıcı "Royal Food services" şirkəti Qətərdə "Gilan Holdinq" şirkətinin şirələrinin satışını təşkil edib.
Azərbaycan ərzaq sənayesinin məhsulları ilk dəfə Qətərdə təqdim olunub

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan ərzaq sənayesinin məhsulları ilk dəfə Qətərdə təqdim olunub. Qətərin idxal və ixracla məşğul olan aparıcı "Royal Food services" şirkəti Qətərdə "Gilan Holdinq" şirkətinin şirələrinin satışını təşkil edib.

Bu gün şirkət Azərbaycan məhsullarını Fransanın beynəlxalq hipermarket şəbəkəsi  sayılan "Carrefour", "LuLu" kimi dünyaşöhrətli satış məntəqələrinə çıxarıb. Bu barədə çərşənbə axşamı Trend-ə şirkətdən bildiriblər.

"Məhsullar böyük tələbatla satılır", - bu barədə şirkətdən bildiriblər.

Şirkətdə belə hesab edirlər ki, Qətər istehlakçılarının Azərbaycan məhsullarına marağı iki ölkə arasında mal mübadiləsinə də öz töhfəsini verəcək.

Azərbaycan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yanvar-iyul aylarında Azərbaycan və Qətər arasında mal mübadiləsinin həcmi 63,8 min dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti