...

Azərbaycanın Tarif Şurasına daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi, aparılması işləri və xidmətləri üzrə tariflər təqdim olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2010 15:56 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi, aparılması işləri və xidmətləri üzrə tarifləri hazırlayaraq təsdiq olunması üçün Azərbaycan Tarif Şurasına təqdim edib.
Azərbaycanın Tarif Şurasına daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi, aparılması işləri və xidmətləri üzrə tariflər təqdim olunub

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir A.Axundov/

Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi, aparılması işləri və xidmətləri üzrə tarifləri hazırlayaraq təsdiq olunması üçün Azərbaycan Tarif Şurasına təqdim edib. Bu barədə Komitənin bazar ertəsi yaydığı məlumatda deyilir.

Məlumata görə, artıq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət mülkiyyətində olan 23 mindən artıq daşınmaz əmlak obyekti, o cümlədən torpaq sahələri barədə elektron kadastr məlumat bazasının yaradılması istiqamətində işlərin görülməsinə başlanılıb.

Eyni zamanda, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı yerlərdə aparılan kadastr işlərinə dair sənəd və məlumatların, habelə ayrı-ayrı daşınmaz əmlak obyektləri üzrə kadastr aparan icra hakimiyyəti orqanlarından onlarda olan kadastr məlumatlarının müəyyən edilmiş qaydada alınması, təhlil edilməsi və daşınmaz əmlakın vahid kadastr bazasına daxil edilməsi istiqamətində tədbirlər həyata keçirilib.

Bu məqsədlə Dünya Bankının Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində daşınmaz əmlakın rəqəmli kadastr xəritələrinin hazırlanması ilə bağlı işlər həyata keçirilir. Belə ki, Azərbaycan Respublikasının 4 milyon hektar ərazisini əhatə edən daşınmaz əmlakın rəqəmli kadastr xəritələrinin hazırlanması üçün texniki spesifikasiyalar və tələblər müəyyən edilib, bu əsaslarla beynəlxalq tender təşkil edilib. Hazırda tender təkliflərinin qiymətləndirilməsi həyata keçirilir.

Tender təkliflərinin qiymətləndirilməsi başa çatdıqdan sonra bu sahədə müvafiq işlərin həyata keçirilməsinə başlanacaq.

Bununla yanaşı, daşınmaz əmlak kadastrına dair işlərin aparılmasına özəl qurumların, fiziki və hüquqi şəxslərin cəlb olunması qaydalarının layihəsi hazırlanıb.

Xəbər lenti

Xəbər lenti