...

ASB Bank xidmət çeşidlərini artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2010 15:07 (UTC +04:00)
"Azərbaycan Sənaye Bankı" (ASB) ASC və "Silverkey Azərbaycan" şirkəti ilə yaradılan əməkdaşlıq əsasında bankın bütün filiallarında stasionar telefon sahəsində CATEL, mobil operator sahəsində isə FONEX ödənişləri qəbul edilməyə başlanılıb.
ASB Bank xidmət çeşidlərini artırıb

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

"Azərbaycan Sənaye Bankı" (ASB) ASC və "Silverkey Azərbaycan" şirkəti ilə yaradılan əməkdaşlıq əsasında bankın bütün filiallarında stasionar telefon sahəsində CATEL, mobil operator sahəsində isə FONEX ödənişləri qəbul edilməyə başlanılıb. Bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.

Hazırda bankın filiallarında Azercell, Bakcell, Azerfon- Vodafone, Narmobile, AzTelekom, BTRİB, Bakinternet, Azdatakom, Azərigaz, Azərsu, Bakıelektikşəbəkə xidmətləri üzrə ödənişlər qəbul edilir.

Xatırladaq ki, xidmət ödənişlərini filiallardan başqa, ASB-nin /www.asb.az/ saytı ilə "online" olaraq da ödəmək olar. Ödənişin təsdiqi ödəniş əməliyyatı bitdikdən sonra, avtomatik olaraq, ekranda göstərilir, lazım olduğu halda isə ödəniş qəbzini çap etmə imkanı da var.

ASB-i müştərilərinə müasir bank xidmətləri göstərməyə, müştərilərin həyatını asanlaşdıran xidmətləri çeşitləndirməyə və artırmağa davam edəcək.

Xatırladaq ki, "Azərbaycan Sənaye Bankı" 1996-cı ildə "CI Bank" kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib.

Xəbər lenti

Xəbər lenti