...

Latviya Azərbaycan ilə iqtisadi və hüquqi əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2010 17:56 (UTC +04:00)
Latviya Azərbaycan ilə hüquqi bazanın genişləndirilməsində maraqlıdır və yaxın vaxtlarda iki hökumətlərarası sazişin imzalanması gözlənilir. Bu barədə çərşənbə günü jurnalistlərə Latviyanın Azərbaycandakı səfiri Hardiys Baumanis deyib.
Latviya Azərbaycan ilə iqtisadi və hüquqi əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir N.İsmayılova/

Latviya Azərbaycan ilə hüquqi bazanın genişləndirilməsində maraqlıdır və yaxın vaxtlarda iki hökumətlərarası sazişin imzalanması gözlənilir. Bu barədə çərşənbə günü jurnalistlərə Latviyanın Azərbaycandakı səfiri Hardiys Baumanis deyib.

"Yaxın vaxtlarda biz Azərbaycan ilə diplomatik pasportlara malik şəxslər üçün vizaların ləğvinə dair sazişi, eləcə də ölkələrimiz arasında rəsmi sənədlərin istifadəsini sadələşdirə biləcək hüquqi yardım haqqında sazişi imzalamaq istəyirik", - diplomat bildirib.

Onun sözlərinə görə, Latviya Azərbaycan ilə iqtisadi əməkdaşlığın genişləndirilməsində də maraqlıdır.

"Azərbaycanın maliyyə sektorunda Latviya bankları artıq beş ilə yaxındır işləyirlər. Bunlar xarici banklarla müqavilələrin təmin edilməsi məqsədilə şəxsi müştərilərə xidmətin göstərilməsinə yönələn Citadele banka, Rietumu Banka, Baltikums Banka və Trastbank kimi banklarıdr", - səfir qeyd edib.

Hazırda Latviyadan Azərbaycan bazarına əsasən qida məhsulları - süd, xama, kəsmik idxal edilir, gələcəkdə mürəbbə də ixracı planlaşdırılır. İndi Azərbaycana əczaçılıq məhsulları da ixrac edilir.

"Biz Azərbaycandan ekzotik meyvələrin idxalında maraqlıyıq, lakin bunun üçün Azərbaycanda ilkin emal sahəsinin inkişafı lazımdır. Və ümid edirik ki, bizim köməyimizlə bu baş verəcək", - səfir əlavə edib.

Xəbər lenti

Xəbər lenti