...

Azərbaycanda pirat audiovizual məhsulun satışına görə maliyyə sanksiyası tətbiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Dekabr 2010 20:51 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti audiovizual məhsulların satışı ilə məşğul olan "Xəqan" kiçik müəssisəsi barəsində qarşı iş qaldırıb.
Azərbaycanda pirat audiovizual məhsulun satışına görə maliyyə sanksiyası tətbiq edilib

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti audiovizual məhsulların satışı ilə məşğul olan "Xəqan" kiçik müəssisəsi barəsində qarşı iş qaldırıb. Bu barədə xidmətin cümə axşamı yayılan məlumatında deyilir.

"İş antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə qaldırılıb", - məlumatda deyilir.

"Haqsız rəqabət haqqında" qanuna əsasən, "Xəqan" müəssisəsinə 727 manat maliyyə sanksiyası tətbiq edilib, eləcə də piratçılıq yolu ilə çoxaldılmaqla satıldığı aşkar edilmiş 612 ədəd DVD-nin məhv edilməsi barədə icrası məcburi göstəriş verilib.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqsız rəqabətə qarşı tədbirlərini davam etdirir.

Xəbər lenti

Xəbər lenti