...

Azərbaycanda keyfiyyətsiz çörəyin istehsalı dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2010 17:04 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakının Nizami rayonunda yerləşən Süleyman Adıgözəlova məxsus sexdə pozuntular aşkar edib.
Azərbaycanda keyfiyyətsiz çörəyin istehsalı dayandırılıb

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakının Nizami rayonunda yerləşən Süleyman Adıgözəlova məxsus sexdə pozuntular aşkar edib. Bu barədə cümə axşamı nazirliyin məlumatında deyilir.

Yoxlama zamanı müəssisədə antisanitariya şəraitinin hökm sürdüyü, yeyinti məhsullarının istehsalı üçün müvafiq şəraitin olmadığı, istehsal edilən məhsulların dövri laborator müayinəsinin aparılmadığı müəyyən olunub.

Müəssisədə istehsal edilmiş kürə çörəklərdən nümunələr götürülərək laborator müayinəyə göndərilib. Nəticədə çörəklərin turşuluğunun və məsaməliliyinin normadan az olduğu müəyyən edilib.

Bundan başqa, çörəklərin gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal edildiyi müəyyən edilib.

Aşkar edilmiş qanun pozuntusu ilə əlaqədar, çörək istehsalı və satışının dayandırılması barədə müəssisəyə icrası məcburi göstərişlər verilib.

Araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti