Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir N.İsmayılova/
Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin əmri ilə İqtisadi İnkişaf Nazirliyində xarici nümayəndə heyətinin qəbulu ilə bağlı protokol qaydaları təsdiq edilib. Bu barədə nazirliyin məlumatında deyilir.
Qaydalar İqtisadi İnkişaf Nazirliyində xarici ölkələrin diplomatik nümayəndəliklərinin əməkdaşlarının, beynəlxalq təşkilatları və maliyyə institutlarını təmsil edən nümayəndə heyətinin qəbulu ilə bağlı məsələlərin təşkilini tənzimləyir.
Dekabrın 23-də İqtisadi İnkişaf Nazirliyində yeni qaydaların tətbiqi ilə bağlı treninq keçirilib. Tədbirdə nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşları iştirak ediblər. Seminar çərçivəsində sənədin tələblərinə dair geniş məlumat verilib.