...

Azərbaycan Nəqliyyat Nazirliyi nəqliyyat sektorunda korrupsiyaya qarşı tədbirləri gücləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2011 18:42 (UTC +04:00)
Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bütün təsərrüfat rəhbərlərinə lisenziyaların verilməsi və rüsumların yığılması qaydalarının qanunvericiliyə uyğun şəkildə aparılmasını ciddi şəkildə tapşırıb.
Azərbaycan Nəqliyyat Nazirliyi nəqliyyat sektorunda korrupsiyaya qarşı tədbirləri gücləndirir

Azərbaycan, Bakı, 15 fevral /Trend/

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bütün təsərrüfat rəhbərlərinə lisenziyaların verilməsi və rüsumların yığılması qaydalarının qanunvericiliyə uyğun şəkildə aparılmasını ciddi şəkildə tapşırıb. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

"Nəqliyyat Nazirliyində şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı kollegiya iclası keçirilib", - məlumatda deyilir.

Nazir şəffaflığın daha da artırılması, korrupsiyaya, bürokratik əngəllərə qarşı mübarizə sahəsində tədbirlərin bundan sonra da intensiv şəkildə davam etdirilməsinin, həmçinin, nəqliyyatda təhlükəsizlik məsələlərinə diqqətin artırılmasının zəruriliyini də vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, 2011-ci il yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirilib.

Xəbər lenti

Xəbər lenti