...

"DəmirBank" 8 Mart münasibətilə güzəştli şərtlərlə avtokreditlər təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2011 11:29 (UTC +04:00)
"DəmirBank" 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə avtomobil kreditləri üzrə güzəştli kampaniyaya başlayır.
"DəmirBank" 8 Mart münasibətilə güzəştli şərtlərlə avtokreditlər təklif edir

Azərbaycan, Bakı, 24 fevral /Trend/

"DəmirBank" 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə avtomobil kreditləri üzrə güzəştli kampaniyaya başlayır. Kampaniya zamanı qadınlar "DəmirBank"ın istənilən filialından güzəştli şərtlərlə avtomobil krediti əldə edə biləcək. Bu barədə bankın cümə axşamı yaydığı məlumatda deyilir.

Şərtlərə əsasən, 2011-ci il martın 1-dən etibarən 1 ay ərzində yeni avtomobillər üçün ən azı 20 faiz ilkin ödəniş edildikdə avtomobil krediti illik 18 faiz, ən azı 50 faiz ilkin ödəniş edildikdə isə illik 17 faiz dərəcə ilə verilir.

Avtomobil krediti müştərilərə 20 faizdən başlayaraq ilkin ödənişlə 36 ayadək müddətə təklif edilir. Kreditin məbləği 5000-dən 50000 manatadək təşkil edə bilər.

"Müasir dünyada bir çox xanımların fəal mövqeyi onların gündəlik həyatında və fəaliyyətində öz əksini tapıb. Hazırda minlərlə xanım avtomobildən istifadə edir və bu say hər il artır. Ümid edirik ki, 8 mart Beynəlxalq Qadınlar Gününə həsr edilən bu kampaniya xanımların yeni avtomobil əldə etmək imkanlarını genişləndirəcək. Fürsətdən istifadə edərək, qarşıdan gələn bayram münasibətilə "DəmirBank" adından xanımları təbrik edirik, firavan həyat və sevincli günlər arzulayırıq" - bankın idarə heyəti sədrinin müavini Yusif Cabbarov bildirib.

"DəmirBank" avtokreditlər sahəsində Toyota, Honda, Mitsubishi, Mazda, Subaru, Audi, Volkswagen, Chevrolet, Kia, Skoda və sair avtomobil markalarının Azərbaycanda olan distribyutor və dillerləri ilə geniş əməkdaşlıq edir.

Avtomobil krediti əldə etmək üçün "DəmirBank"ın filiallarına və avtomobil salonlarına müraciət etmək olar. "DəmirBank" müştərilərə müxtəlif biznes, istehlak və ipoteka kreditləri təklif edir. Bankın kredit məhsulları barədə ətraflı məlumat üçün www.demirbank.az saytına daxil olmaq və ya Telefon Məlumat Mərkəzi - 149 nömrəsinə zəng etmək olar.

Ölkənin ilk banklarından olan "DəmirBank" (əvvəlki adı "Azərdəmiryolbank") 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Xəbər lenti

Xəbər lenti