...

"Bank of Baku" bayram endirimləri elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2011 12:07 (UTC +04:00)
"Bank of Baku" ASC bütün xanımları qarşıdan gələn 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir və bununla əlaqədar dəyərli xanımlarımıza gözəl sürpriz təqdim edir.
"Bank of Baku" bayram endirimləri elan edib

Azərbaycan, Bakı, 1 mart /Trend/

"Bank of Baku" ASC bütün xanımları qarşıdan gələn 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir və bununla əlaqədar dəyərli xanımlarımıza gözəl sürpriz təqdim edir. Bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Beləliklə, "8 Mart" kampaniyası çərçivəsində qadınlar "Bank of Baku"dan 2 faiz hədiyyə endirimlərindən faydalana bilərlər.

Bayram aksiyasının şərtlərinə görə, kampaniya ərzində xanım müştərilərə qüvvədə olan nağd pul və istehlak kreditləri üzrə illik faiz dərəcələrində 2 faiz güzəşt ediləcək. Qeyd edək ki, bayram endirimləri avtokreditlər və əmanətə bağlı kreditlərə şamil olunmur.

"8 Mart" kampaniyası 1-12 mart tarixləri arasında "Bank of Baku"nun bütün filiallarında keçiriləcək.

Xatırladaq ki, hazırda "Bank of Baku" aşağıdakı pul kreditlərini təklif edir: "YES" layihəsi çərçivəsində gənc menecer və mütəxəssislərə dəstək kampaniyası, təhsil və tibb işçiləri üçün kredit, təkrar müştərilər üçün kredit, dövlət və özəl müəssisələrinin əməkdaşları üçün kredit. Bundan başqa, "8 Mart" kampaniyası ərzində xanım müştərilər "Bank of Baku"nun bir sıra istehlak kreditləri üzrə təqdim etdiyi bayram endirimlərindən faydalana bilərlər: kompüter, mebel, məişət texnikası, mobil telefon, qızıl əşyalarının alınması üçün kredit, təhsil, təmir və turizm kreditlərindən.

Onu da qeyd edək ki, cari kredit portfelinin göstəricilərinə əsasən, "Bank of Baku"nun kredit müştərilərinin təxminən 50 faizini qadınlar təşkil edir.

"Bank of Baku"nun kredit kampaniyaları haqqında daha ətraflı məlumatı bankın Məlumat mərkəzi 145 nömrəsi vasitəsilə, www.bankofbaku.com web-saytında və ya həmin saytda fəaliyyət göstərən "Onlayn-məsləhətçi" xidmətinə müraciət edərək əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti