...

2012-ci ilin sonunadək Azərbaycan magistral yolların tikintisini və yenidən qurulmasını başa çatdıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2011 16:15 (UTC +04:00)
Azərbaycanda avtomobil yollarının ümumi uzunluğu 18946 kilometrdir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Nəqliyyat Nazirliyinin baş məsləhətçisi Azər Əliyev deyib.
2012-ci ilin sonunadək Azərbaycan magistral yolların tikintisini və yenidən qurulmasını başa çatdıracaq

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda avtomobil yollarının ümumi uzunluğu 18946 kilometrdir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Nəqliyyat Nazirliyinin baş məsləhətçisi Azər Əliyev deyib.

Əliyevin sözlərinə görə, yolların ümumi uzunluğunun 1915 kilometrini beynəlxalq, 2716 kilometrini isə respublika əhəmiyyətli magistrallar təşkil edir. Qalan 14315 kilometr isə yerli əhəmiyyətli yollardır.

"Son yeddi il ərzində respublikada beş mindən çox avtomobil yolu tikilib və yenidən qurulub. TRACECA və "Şimal-Cənub" dəhlizləri üzrə avtomobil yollarının tikintisi və tam yenidən qurulması 2012-ci ilin sonuna nəzərdə tutulub", - Əliyev əlavə edib.

Tikinti və yenidənqurma həm dövlət büdcəsi, həm də beynəlxalq maliyyə strukturları hesabına həyata keçirilir.

Nəqliyyat sektorunun inkişafı üçün alınan kreditlərin ümumi məbləği 2,8 milyard dollar təşkil edir. Bunun 1,9 milyard dolları beynəlxalq maliyyə institutlarının, qalan 878 milyon dollar isə Azərbaycan hökumətinin payına düşür.

"Azərbaycan artıq 806 kilometrə yaxın avtomobil yolunu tikib və yenidən qurub. Onların sırasında beynəlxalq əhəmiyyətli yollar var. Tikilən yolların ümumi uzunluğunun 460 kilometri beynəlxalq maliyyə institutlarının kreditləri, 345 kilometri isə Azərbaycanın şəxsi vəsaitləri hesabına tikilib və yenidən qurulub. Hazırda 870 kilometr avtomobil yolunda tikinti və yenidənqurma işləri aparılır. Onun 749 kilometri beynəlxalq qurumların vəsaitləri hesabına həyata keçirilir", - Əliyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti