...

"Azərbaycan Dəmir Yolları" gücləndirilmiş iş rejiminə keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2011 13:36 (UTC +04:00)
Azərbaycanda martın 20-dən 28-dək qeyd olunacaq Novruz bayramı ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" QSC gücləndirilmiş iş rejiminə keçib. Bu barədə QSC-nin cümə axşamı yaydığı məlumatda deyilir.
"Azərbaycan Dəmir Yolları" gücləndirilmiş iş rejiminə keçib

Azərbaycan, Bakı, 10 mart /Trend/

Azərbaycanda martın 20-dən 28-dək qeyd olunacaq Novruz bayramı ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" QSC gücləndirilmiş iş rejiminə keçib. Bu barədə QSC-nin cümə axşamı yaydığı məlumatda deyilir.

Bayram günlərində sərnişinlərin sayının artması fonunda onların tələbatını ödəmək məqsədilə QSC daxili reyslər üzrə qatarlara 10-15, bəzən isə 20-30 əlavə vaqonlar qoşulmasını təmin edəcək.

Adi günlərdə QSC 2000-2500, bayram günlərində isə 4000-5000 sərnişin daşıyır.

QSC sərnişinlərin diqqətinə çatdırır ki, reyslərə biletlər on gün əvvəldən, qoşma vaqonlara isə onların qatarlara qoşulduqları gün satılacaq.

Xəbər lenti

Xəbər lenti