...

Türkiyə Azərbaycan iqtisadiyyatına 6 milyard dollar sərmayə yatırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Aprel 2011 13:32 (UTC +04:00)
Türkiyə Azərbaycanın qeyri-neft sektoruna qoyulan sərmayələrin həcminə görə birinci yeri tutur. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri Samir Vəliyev BakıdaAzərbaycan-Türkiyə əməkdaşlığına dair "Qloballaşma şəraitində sosial-iqtisadi inkişaf" konfransında bildirib.
Türkiyə Azərbaycan iqtisadiyyatına 6 milyard dollar sərmayə yatırıb

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir A.Axundov/

Türkiyə Azərbaycanın qeyri-neft sektoruna qoyulan sərmayələrin həcminə görə birinci yeri tutur. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri Samir Vəliyev Bakıda Azərbaycan-Türkiyə əməkdaşlığına dair "Qloballaşma şəraitində sosial-iqtisadi inkişaf" konfransında bildirib.

"Bu gün mindən artıq türk şirkəti Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində uğurla fəaliyyət göstərir. 2002-ci ildən Azərbaycan iqtisadiyyatına qoyulan türk investisiyalarının həcmi iki milyard dollara yaxındır", - Vəliyev deyib.

Türkiyə-Azərbaycan əlaqələrinin potensialı hazırkı ticarət dövriyyəsini xeyli artırmağa imkan verir. Bunu Türkiyənin Dövlət Planlaşdırma Təşkilatlarının Baş Xarici İqtisadi Əlaqələr İdarəsinin rəhbəri Mətin Eker bildirib.

"2010-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 2,5 milyard dollara çatıb, halbuki 2005-ci ildə bu göstərici 800 milyon dollar səviyyəsində idi", - Eker deyib.

Onun sözlərinə görə, ümumilikdə azərbaycanlı sahibkarların Türkiyədə sərmayələri 3 milyard dollar təşkil edir və "azərbaycanlı iş adamlarının Türkiyədəki fəaliyyətlərinin əsas sahələri neft-kimya kompleksi və turizmdir".

Eker bildirib ki, Azərbaycan iqtisadiyatına türk sərmayələrinin ümumi həcmi altı milyard dollar təşkil edir.

İndiyədək türk şirkətləri Azərbaycanda 237 layihə üzrə müqavilələr imzalayıblar.

"İnanırıq ki, bu göstəricilər artacaq. Türkiyə Azərbaycanın iqtisadi uğurlarına sevinir", - Eker bildirib.

Konfransda Türkiyənin dövlət planlaşdırma idarələrinin tətbiq etdikləri iqtisadi modellər mövzusunda, sosial-iqtisadi siyasətin, idarəetmə və investisiya proqramlarının monitorinqi və yoxsulluqla mübarizədə elmi əsasların möhkəmləndirilməsində balans modellərinin rolu məsələləri üzrə hesabatlar təqdim olunub.

Xəbər lenti

Xəbər lenti