...

Azərbaycanda alman texnologiyası ilə iri çörəkbişirmə zavodu tikiləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2011 17:23 (UTC +04:00)
Cümə günü Münhendə keçirilən Azərbaycan-Almaniya bines-forumu çərçivəsində Azərbaycanın "Delta Group" şirkəti Almaniyanın "Werner & Pfleiderer Bachverfahren Technik GmbH" şirkəti ilə çörəkbişirmə müəssisəsi üçün avadanlığın alınması haqqında müqavilə imzalayıb. Trend-in məlumatına görə, bu barədə İqtisadi İnkişaf Nazirliyinin şənbə günü yaydığı məlumatda deyilir.
Azərbaycanda alman texnologiyası ilə iri çörəkbişirmə zavodu tikiləcək

Azərbaycan, Bakı, 7 may/Trend/

Cümə günü Münhendə keçirilən Azərbaycan-Almaniya bines-forumu çərçivəsində Azərbaycanın "Delta Group" şirkəti Almaniyanın "Werner & Pfleiderer Bachverfahren Technik GmbH" şirkəti ilə çörəkbişirmə müəssisəsi üçün avadanlığın alınması haqqında müqavilə imzalayıb. Trend-in məlumatına görə, bu barədə İqtisadi İnkişaf Nazirliyinin şənbə günü yaydığı məlumatda deyilir.

Müqaviləyə əsasən, Sumqayıt şəhərində gündəlik istehsal gücü 122 ton olan və 60 çeşiddə çörək istehsal etmək imkanına malik müasir standartlara cavab verən yeni istehsal sahəsi yaradılacaq.

Tikiləcək yeni çörək zavodunda Almaniyanın ən son texnoloji avadanlıqları quraşdırılacaq.

Ümumi dəyəri 15,4 mln. manat olan layihənin icrasına Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5 mln. manat həcmində güzəştli kreditin ayrılması nəzərdə tutulur.

Layihənin icrası nəticəsində 460-dan çox yeni iş yerinin yaradılması planlaşdırılır.

Biznes-forum Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Bavariya Federal Torpağının İqtisadiyyat, İnfrastruktur, Nəqliyyat və Texnologiyalar Nazirliyinin və Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə təşkil edilib.

Tədbirdə Azərbaycan və Almaniya tərəfindən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı və qida sənayesi, enerji, maliyyə, logistika, turizm və digər sahələrdə fəaliyyət göstərən 90-a yaxın iş adamı iştirak edib.

Mayın 7-nə olan rəsmi məzənnə 0,791 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti