...

Bakıda "Mothercare" brendinin beşinci mağazası açılıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2011 11:55 (UTC +04:00)
Bakıda yeni ünvanda - Atatürk prospekti 21-də, Teymur Əliyev küçəsi ilə kəsişmədə məşhur Britaniya brendi və 50 ildir bütün dünyada valideynlərin etibar etdiyi "Mothercare"nin sayca 5-ci mağazası fəaliyyətə başlayıb.
Bakıda "Mothercare" brendinin beşinci mağazası açılıb (FOTO)

Azərbaycan, Bakı, 23 may /Trend/

Bakıda yeni ünvanda - Atatürk prospekti 21-də, Teymur Əliyev küçəsi ilə kəsişmədə məşhur Britaniya brendi və 50 ildir bütün dünyada valideynlərin etibar etdiyi "Mothercare"nin sayca 5-ci mağazası fəaliyyətə başlayıb.

3 mərtəbəli binanı əhatə edən yeni mağaza "Mothercare"nin Qafqazdakı ən böyük mağazasıdır. İlk dəfə olaraq burada uşaqlar üçün maarifləndirici oyuncaqlar da təqdim olunur.

"Mothercare" brendi 1961-ci ildə Böyük Britaniyada təsis edilib. Brend analar və uşaqlar üçün lazım ola biləcək hər şeyi bir yerdə təklif etmək ideyasından yaranıb. Dünyanın 52 ölkəsində 1000-ə yaxın mağaza ilə "Mothercare" bu sahədə dünya lideridir. Azərbaycanda artıq 5 böyük mağazada "Mothercare" keyfiyyətli, təhlükəsiz, komfortlu, optimal düşünülmüş dizaynla və qayğı ilə yaradılmış məhsullarla alıcıların xidmətindədir.

"Mothercare" - bütün dünyada analar etibar edir!

Xəbər lenti

Xəbər lenti