...

Bakıda "HOREX Azerbaijan 2011" Qafqaz Beynəlxalq sərgisi ilk yubileyini qeyd edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2011 14:56 (UTC +04:00)
2011-ci il may ayının 25-dən 27-dək Azərbaycanın paytaxtı Bakı şəhərində "HOREX Azerbaijan 2011" 5-ci Yubiley Qafqaz Beynəlxalq "Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar" Sərgisi keçiriləcək.
Bakıda "HOREX Azerbaijan 2011" Qafqaz Beynəlxalq sərgisi ilk yubileyini qeyd edəcək

Azərbaycan, Bakı, 24 may /Trend/

2011-ci il may ayının 25-dən 27-dək Azərbaycanın paytaxtı Bakı şəhərində "HOREX Azerbaijan 2011" 5-ci Yubiley Qafqaz Beynəlxalq "Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar" Sərgisi keçiriləcək. Trend-in məlumatına görə, bu barədə "Iteca Caspian LLC" şirkətinin məlumatında deyilir.

Diqqətəlayiq bir haldır ki, bu sərgi öz ilk yubileyini "Baku Ekspo" yeni sərgi kompleksində qeyd edəcəkdir. Sərginin təşkilatçıları qismində "Iteca Caspian LLC" və "ITE Group PLC" şirkətləri çıxış edirlər. 2011-ci il sərgisinin tərəfdaşları isə " AZAL", "Azerfon-Vodafone" və "Caspel Greenwich Travel Club" şirkətləri, habelə "Qafqaz Poynt Otel" mehmanxanasıdır.

"HOREX Azerbaijan 2011" sərgisində Azərbaycan, Almaniya, Rusiya, Türkiyə və Fransanı təmsil edən, mehmanxana və restoranlar üçün avadanlıqlar, habelə ticarət, vitrin və soyuducu avadanlıqlar, qəhvə aparatları və qəhvə, fast-fud avadanlıqlar, interaktiv rəqəmsal mehmanxana televiziyası, audio-video sistemlər, dizayn və interyer tərtibatı xidmətləri, təmizləmə maddələri və bir çox digər məhsul təqdim edən şirkətlər iştirak edir. Bu il sərgi ekspozisiyasını yeni sektor, habelə restoranlar şəbəkəsi üçün avtomatik idarəetmə sistemləri tamamlayacaq.

Sərginin eksponentləri arasında həm daimi iştirakçılar, həm də debütantlar var. Belə ki, Fransadan olan şirkətlər ilk dəfə olaraq istənilən mürəkkəbliyə malik mətbəxlər üçün (layihəni tam hazır təchiz etməklə) nəzərdə tutulmuş avadanlıqlarını nümayiş etdirəcəklər. Bir alman şirkəti isə mehmanxanalar üçün yataq ləvazimatı kolleksiyasının təqdimatı ilə çıxış edir. Daha bir alman istehsalçısı qida plyonkası, çörək və bulka məmulatları üçün sarğı kağızı, zibil və ərzaq tullantıları üçün torbalar, habelə mehmanxana, restoran və supermarketlər üçün nəzərdə tutulmuş bir çox digər nümunələri əhatə edən ekoloji məhsulları nümayiş etdirəcək.

May ayının 26-da "Baku Ekspo" sərgi mərkəzində (sərginin rəsmi proqramı çərçivəsində) İsveçrənin interyer üzrə aparıcı memar və dizaynerlərindən biri tərəfindən "master-klass" seminarı keçiriləcək.

Hazırda Azərbaycanın mehmanxana və restoran biznesi özünün fəal inkişaf mərhələsini yaşayır. Bu sahənin inkişafına bütöv bir amillər silsiləsi təkan verir. Belə ki, ölkə Prezidenti tərəfindən 2011-ci ilin "Turizm ili" elan edilməsi, Bakıda böyük beynəlxalq tədbirlərin keçirilməsi, dünya üzrə məşhur əmtəə nişanlı, beşulduzlu mehmanxanaların açılması, ölkədə mehmanxanaların ümumi sayının artması - bütün bunlar "HOREX Azerbaijan" sərgisinin keçirilməsinin aktuallığını bir daha təsdiq edir. Xəzər dənizi regionunda mehmanxana və restoran biznesi sahəsi üzrə yeganə ixtisaslaşmış tədbir olaraq, "HOREX Azerbaijan" sərgisi qonaqpərvərlik sənayesinin dünya standartlarına və bazarın ən son tələblərinə uyğun yenilik və təkmilləşdirmələrini təqdim edən şirkətləri eyni meydançada bir yerə toplayır.

Beləliklə, sözügedən sərgi bu sektora olan marağın artmasını, qoyulan sərmayələrin çoxalmasını, mehmanxana və restoran xidmətlərinin daha sürətlə müasirləşdirilməsini təmin etməklə, bu sahənin dinamik inkişafına və yeni peşəkarlıq səviyyəsinə yüksəlməsinə kömək edəcəkdir.

Sərgi gələn il aprel ayının 12-14-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti