...

İlin sonunadək Azərbaycanda ünvanların elektron reyestrinin yaradılması üzrə beynəlxalq tender elan ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2011 16:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir N.İsmayılova/

Azərbaycanda ünvanların reyestrinin texniki spesifikliyinin hazırlanması üzrə beynəlxalq tender cari ilin sonunadək elan ediləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakıda Norveçin Kadastr və Xəritəçəkmə Agentliyinin nümayəndəsi Helqe Onsurd "Azərbaycanda ünvanlar reyestri: vəzifə və perspektivlər" mövzusunda təqdimatda deyib.

"Tenderin keçirilməsi 2011-ci ilin ikinci yarısına təyin edilib. Reyestrin istismara verilməsi 2012-ci ilin ikinci yarısında nəzərdə tutulub. Bu prosesə çox vaxt lazımdır, çünki iş kifayət qədər həcmlidir", - o bildirib.

Onun sözlərinə görə, Norveçin Kadastr və Xəritəçəkmə Agentliyi Azərbaycana zəruri qanunvericilik bazasının, ünvanlı reyestr sisteminin yaradılması üzrə metodologiya və prosedurun hazırlanması kimi sahələrdə dəstək verəcək.

Bundan əvvəl reyestrin yaradılması məqsədilə Azərbaycan və Norveç hökumətləri qrant sazişi imzalayıblar.

Xəbər lenti

Xəbər lenti