...

Bakı Banklararası Valyuta Birjası KASE ilə gələcək əməkdaşlığın perspektivlərini müzakirə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2011 16:36 (UTC +04:00)
Bakı Banklararası Valyuta Birjası (BBVB) Qazaxıstan Fond Birjası (KASE) ilə yaxın dövr ərzində KASE-nin fəaliyyətinin əsas istiqamətlərini və strategiyasını müzakirə edib.
Bakı Banklararası Valyuta Birjası KASE ilə gələcək əməkdaşlığın perspektivlərini müzakirə edib

Azərbaycan, Bakı, 25 may /Trend/

Bakı Banklararası Valyuta Birjası (BBVB) Qazaxıstan Fond Birjası (KASE) ilə yaxın dövr ərzində KASE-nin fəaliyyətinin əsas istiqamətlərini və strategiyasını müzakirə edib. Trend-in məlumatına görə, bu barədə BBVB-nin çərşənbə günü yaydığı məlumatda deyilir.

BBVB-nin təşəbbüsü ilə mayın 6-dan 19-dək Astanada Qazaxıstan Fond Birjasında BBVB və KASE nümayəndələri ilə Avrasiya Fond Birjaları Federasiyasının (FEAS) ikitərəfli proqramı üzrə görüş keçirilib.

"Görüşdə gələcək əməkdaşlığın inkişafının və ikitərəfli əlaqələrin dəstəklənməsinin vacibliyi qeyd edilib", - məlumatda bildirilir.

İkitərəfli proqramda BBVB Məlumat-analitik şöbəsinin rəisi Aydın Babayev və KASE Hesablama palatasının rəisi Olqa Saritsına iştirak ediblər.

İşçi görüş zamanı valyuta, fond və pul bazarları üzrə KASE-nin işinin praktiki aspektləri öyrənilib.

Proqram çərçivəsində həmçinin KASE-nin indeks və məlimat məhsulları və beynəlxalq məlumat agentliklərinin terminalları üzrə ticarət və digər birja məlumatlarının yayımı sahəsində təcrübəsi öyrənilib.

1993-cü il noyabrın 17-də Qazaxıstan Respublikasının Milli Bankı və ölkənin 23 aparıcı kommersiya bankı Qazaxıstan Banklararası Valyuta Birjası adı altında valyuta birjası yaratmağı qərar alıblar. Birja qarşısında qoyulan əsas vəzifə milli valyuta bazarının təşkili və inkişafı oldu. 1996-cı il aprelin 12-də birja Qazaxıstan Fond Birjası (KASE ) adı altında təkrar qeydiyyatdan keçdi. Qazaxıstan Milli Bankı KASE bazasında daxili valyuta bazarını sistemli inkişaf etdirir.

Bu gün birja özündə mütəşəkkil universal valyuta bazarını ehtiva edir ki, onu üç əsas sektora bölmək mümkündür: valyuta bazarı, fond bazarı və təcili bazar.

Xəbər lenti

Xəbər lenti