...

Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə artıq 100 min nəfər sığortalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2011 16:47 (UTC +04:00)
Azərbaycanda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortadan artıq 100 min nəfər sığortalanıb.

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir A.Axundov/

Azərbaycanda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortadan artıq 100 min nəfər sığortalanıb. Trend-in məlumatın görə, bu barədə cümə günü jurnalistlərə Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov deyib.

"Sığorta şirkətlərinə artıq sığortanın bu növü ilə bağlı sığortalanmaya dair müraciətlər daxil olur və artıq ödənişlər edilməyə başlayıb. Bu onun göstəricisidir ki, sığortanın bu növü işləyir", - Xəlilov bildiirb.

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanununun tətbiqinə 2010-cu ilin dekabrından başlanıb.

Qanun vətəndaşların istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsindən icbari sığortası sahəsində hüquqi, iqtisadi, təşkilati əlaqələrin əsaslarını tənzimləyir və müəyyən edir.

2011-ci ilin yanvar-aprel aylarında Azərbaycanın sığorta şirkətlərinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortadan sığorta haqları 8 708 684,95 manat təşkil edib. Bu, yanvar-mart ərzindəki göstəricini 46,13 faiz üstələyir. Bu barədə Azərbaycan Maliyyə Nazirliyinin sığoratçıların ilk dörd ay ərzində fəaliyyətinin yekunları üzrə hesabatda deyilir.

Hazırda Azərbaycanda həyat sığortası üzrə 3 şirkət fəaliyyət göstərir. Onların istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə xidmətlərin göstərilməsi üçün lisenziyaya malikdirlər. Bunlar "Atəşgah Həyat", "Qala Həyat" və "Paşa Həyat" şirkətləridir.

Azərbaycanda cəmi 28 sığorta və bir təkrar sığorta şirkəti fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti