...

Astanada Ümumdünya İslam İqtisadi Forumu öz işinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2011 13:04 (UTC +04:00)
Çərşənbə axşamı Astanada Müstəqillik sarayında VII Ümumdünya İslam İqtisadi Forumu (ÜİİF) öz işinə başlayıb.
Astanada Ümumdünya İslam İqtisadi Forumu öz işinə başlayıb

Qazaxıstan, Astana, 7 iyun /Trend, müxbir A.Maratov/

Çərşənbə axşamı Astanada Müstəqillik sarayında VII Ümumdünya İslam İqtisadi Forumu (ÜİİF) öz işinə başlayıb.

Forum "Qlobal iqtisadi inkişaf: Qarşılıqlı münasibətlər, rəqabət, əməkdaşlıq" devizi altında keçirilir.

Əvvəlki illərdə olduğu kimi, ÜİİF-dən əvvəl İşgüzar Qadınlar Forumu, Gənc Liderlər Forumu və Qazaxıstanın baş naziri Kərim Məsimov tərəfindən açılacaq ÜİİF sərgisi ilə birgə Fokusda olan Ölkələrin Forumu keçiriləcək.

Yeddinci Forumun əsas hadisələri arasında panel müzakirələrin keçirilməsi var. Fokusda olan Ölkələrin Forumu İKT-nin ayrı-ayrı inkişaf etməkdə olan ölkələrinin biznes, ticarət və investisiya imkanlarını nümayiş etdirir; paralel sessiyalar islam bankçılığı işini, yeni texnologiyaları, infrastrukturun inkişafını, kiçik və orta müəssisələri, halallıq mühitini, qida təminatı və alternativ enerji mənbələrini əhatə edir.

Tədbir ilk dəfə Mərkəzi Asiyada keçirilir.

Onun işində işgüzar və ekspert cəmiyyətlərinin nümayəndələri ilə yanaşı Asiya, Afrika və Avropanın bir sıra görkəmli siyasi liderləri də iştirak edəcəklər. Onların arasında Cibuti prezidenti İsmayıl Ömər Gelle, İndoneizyanın vitse-prezidenti Boedino, Malaziya və Tacikistanın baş nazirləri Nəcib Razak və Akil Akilov, İraqın və Qırğızıstanın baş nazirlərinin müavinləri Ruza Nuri Şauisa və Omurbek Babanov, İslam İnkişaf Bankının prezidenti Əhməd Məhəmməd Əli, Livanın, Pakistanın, Malayziyanın və Niderlandın keçmiş baş nazirləri Fuad Siniyora, Şövkət Əziz, Abdulla Əhməd Bədəvi, Vim Kok, Səudiyyə Ərəbistanı və İordaniyanın maliyyə, BƏƏ, Türkmənistan və Azərbaycanın iqtisadiyyat nazirləri var.

VII ÜİİF İslam Konfransı Təşkilatına (İKT) üzv olan dövlətlərin "İslam Davosu" adlandırılan əsas illik iqtisadi sammitidir.

Forum ilk dəfə 2005-ci il oktyabrın 1-3-də Kuala-Lumpur (Malayziya) şəhərində "İnkişaf və irəliləyiş üçün yeni alyansların yaradılması" devizi altında keçirilib.

ÜİİF bir növ "İKT çərçivəsində "Davos forumu" kimi düşünülüb. Onun keçirilməsi təşəbbüsü Malayziya hökumətinə məxsusdur. Forumun başlıca məqsədi müsəlman ölkələrinin iqtisadi və geosiyasi inkişafı haqqında geniş müzakirələrin aparılması, dünya iqtisadiyyatında onların rolu, yeni bazarların formalaşmasının perspektivləri, İKT-yə üzv olan ölkələrin iqtisadiyyatına iri xarici sərmayədarların kapitalının cəlb edilməsi üzrə yardım göstərilməsindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti