...

Bank of Baku 10-cu nümunəvi müştərisini müəyyən edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyun 2011 12:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Bank of Baku ASC 3 iyun tarixində "Nümunəvi Müştəri" adlı həvəsləndirici kampaniyasının 10-cu uduşunu keçirib. Trend-in məlumatına görə, bu barədə bankın cümə günü yaydığı məlumatda deyilir.

Tiraj komissiyası və bankın nümayəndələrinin iştirakı ilə keçirilən uduşda Bank of Baku-da uduş gününədək aktiv istehlak krediti olan müsbət kredit tarixçəsinə malik 75 490 m üştərinin xüsusi identifikasiya kodu iştirak edib.

Kompüterin təsadüfi seçimi vasitəsi ilə 1 qalib kredit müştərisi - H.Z.Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsində çalışan Əliyev Əli Bank of Baku-dan 1000 manat məbləğində pul mükafatı qazanıb.

Əsas qalib Ə.Əliyev ilə yanaşı bank 200 manat qazanan digər 5 qalib-müştərisini də müəyyən etdi: Haqverdiyev N., Fətəliyeva M., Əbilov R ., Bavarzad İ., Əlimərdanov N.

Xatırladaq ki, "Nümunəvi Müştəri" kampaniyası 5 avqust 2010 - 5 avqust 2011-ci il tarixləri arasında keçirilir. Kampaniyanın uduşları hər ayın ilk həftəsinin son iş gününə təsadüf edəcək. Qeyd edək ki, "Nümunəvi Müştəri" kampaniyası müştərilərin kredit üzrə borclarını vaxtında ödəmək motivasiyasını artırmağa yönəlmiş həvəsləndirici bir aksiyadır . Uduş fondunun ümumi məbləği 24 000 manat təşkil edir. Kampaniya başlanandan bankın artıq 10 Nümunəvi Müştərisinin hər biri 1000 manat, 50 müştərinin hərəsi isə Bank of Baku-dan 200 manat məbləğində pul mükafaı qazanıb.

Xəbər lenti

Xəbər lenti