...

"A-Qroup" sığorta şirkəti fiziki şəxslər üçün tibbi sığorta polisi hazırlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Sentyabr 2011 11:25 (UTC +04:00)
"A-Qroup" sığorta şirkəti yeni "Refund" adlı fiziki şəxslərin tibbi sığorta polisini təqdim edir. Trend-in məlumatına görə, bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.
"A-Qroup" sığorta şirkəti fiziki şəxslər üçün tibbi sığorta polisi hazırlayıb

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

"A-Qroup" sığorta şirkəti yeni "Refund" adlı fiziki şəxslərin tibbi sığorta polisini təqdim edir. Trend-in məlumatına görə, bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.

Sığorta polisinin ən mühüm fərqi münasibliyində və sığorta proqramının sığortalının istəkləri nəzərə alınmaqla hazırlanmasıdır.

Məlum olduğu kimi, könüllü tibbi sığorta bazarı əsasən korporativ seqmentə təqdim edilmişdi. Artıq fiziki şəxslər da öz səhhətlərini sığortalaya bilərlər.

"Refund" polisi 15 000 AZN məbləğində tibbi təminat nəzərdə tutur və təcili tibbi yardım, ambulator-polikliniki müayinə, stasionar müalicə, planlı və təcili stomatoloji yardım, təcili vaksinasiya, dərmanların haqlarının geriödəniş sistemi ilə ödənilməsi və 24 saat xidmətinizdə olan assistance xidməti.

Tibbi sığorta bazarının lideri olan, 16 ildən artıq təcrübəsi olan "A Qroup" SŞ sığortalılarına həmişə yüksək standartlara cavab verən xidmət göstərir və individual yanaşır.

Sentyabrın 12-nə rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti