...

Azərbaycanın "Alfa Sığorta" şirkəti səhmlərin emissiyasının yerləşdirilməsinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2011 20:44 (UTC +04:00)
Oktyarbın 17-dən etibarən "Alfa Sığorta" ASC-nin 150 min manat həcmində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektinin yerləşdirilməsinə başlanacaq.
Azərbaycanın "Alfa Sığorta" şirkəti səhmlərin emissiyasının yerləşdirilməsinə başlayır

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir A.Axundov/

Oktyarbın 17-dən etibarən "Alfa Sığorta" ASC-nin 150 min manat həcmində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektinin yerləşdirilməsinə başlanacaq. Trend-in məlumata görə, bu barədə Bakı Fond Birjasının cümə axşamı (BFB) yaydığı məlumatda deyilir.

Emissiyalar çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olmaqla 150 min səhm buraxılıb. Anderrayter "Texnika Capital Management" MMC-dir.

Şirkət həmçinin səhmlərinin BFB-nin qeyri-kotirovka vərəqəsinə salınması ilə bağlı Birjaya müraciət edib.

Beləliklə, ASC-nin nizamnamə kapitalı hazırkı 4,6 milyondan 4,75 milyon manata yüksələcək.

Oktyabrın 13-nə olan rəsmi məzənnə 0,7868 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti