...

Azərbaycanda 260 kq yararsız ərzaq malları məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2011 18:22 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər zamanı istehlak bazarında yararsız mallar aşkar edilib.
Azərbaycanda 260 kq yararsız ərzaq malları məhv edilib

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər zamanı istehlak bazarında yararsız mallar aşkar edilib. Bu barədə cümə axşamı Trend-ə nazirlikdən məlumat verilib.

Bakının Binəqədi rayonunda, Sumqayıt, Oğuz, Balakən şəhərlərində, eləcə də Samux və Ağdam rayonlarında aparılan yoxlamalar zamanı ümumi çəkisi 260 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti