...

Azərbaycanlı iş adamları DB-nin regional tenderlərində iştirakda maraqlıdırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2011 17:19 (UTC +04:00)
AZPROMO yerli iş adamlarını Dünya Bankının (DB) Şərqi Avropa və MDB ölkələrində həyata keçirdiyi layihələr və alqı-satqı prosesləri barədə məlumatlandıracaq.
Azərbaycanlı iş adamları DB-nin regional tenderlərində iştirakda maraqlıdırlar

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) yerli iş adamlarını Dünya Bankının (DB) Şərqi Avropa və MDB ölkələrində həyata keçirdiyi layihələr və alqı-satqı prosesləri barədə məlumatlandıracaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə AZPROMO-nun rəhbəri Adil Məmmədov deyib.

Çərşənbə günü AZPROMO DB-nin Bakı ofisi ilə birlikdə azərbaycanlı iş adamları üçün DB-nin alqı-satqısı proseduru üzrə seminar keçirib. Seminarda 70-ə yaxın iş adamı iştirak edib.

"Seminarın əsas məqsədi DB-nin regionda həyata keçirdiyi layihələr haqqında azərbaycanlı iş adamlarını məlumatlandırmaqdır. Məlum olduğu kimi, son vaxtlar Azərbaycan şirkətləri xarici bazarlarda fəal iştirak edirlər və bundan çıxış edərək AZPROMO DB-nin tikinti, səhiyyə, avadanlıqların təchizatı kimi sahələrdəki layihələri, eləcə də bankın tenderlərində iştirak qaydaları haqqında iş adamlarını məlumatlandırmağa yönəlib", - Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan şirkətləri artıq DB-nin Balkan yarımadası, Şərqi Avropa, MDB ölkələrindəki tenderlərində fəal iştirak edirlər.

Azərbaycanın 1992-ci ildən DB-yə üzv olmasından bəri bank ölkədə 43 layihənin həyata keçirilməsinə 2,9 milyard dollar investisiya qoyub. Bankın Azərbaycanda mövcud portfeli ümumi dəyəri 2,3 milyard dollar olan 20 layihədən ibarətdir. Onlar nəqliyyat sferası, su sektoru və kanalizasiya, kənd təsərrüfatı və irriqasiya (süni suvarma), səhiyyə və təhsil sahələrini əhatə edir.

Xəbər lenti

Xəbər lenti