...

Bakıda sərnişin avtobuslarında gediş haqqının qaldırılması nəzərdən keçirilmir - Tarif Şurası

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2011 13:51 (UTC +04:00)
Bakıda şəhərdaxili avtobuslarda gediş haqqının artırılmasına baxılmır. Bu barədə çərşənbə axşamı Trend-ə Tarif Şurasından məlumat verilib.
Bakıda sərnişin avtobuslarında gediş haqqının qaldırılması nəzərdən keçirilmir - Tarif Şurası

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbirlər İ.Xəlilova, E.İsmayılov /

Bakıda şəhərdaxili avtobuslarda gediş haqqının artırılmasına baxılmır. Bu barədə çərşənbə axşamı Trend-ə Tarif Şurasından məlumat verilib.

Dünən Tarif Şurası metroda gediş haqqını 20 qəpiyədək artıraraq avtobusların gedişhaqqı ilə eyniləşdirib.

"Tarif Şurasına şəhərdaxili sərnişin avtobuslarında gediş haqqının artırılması ilə bağlı müraciət daxil olmayıb, bununla əlaqədar həmin məsələyə baxılmır", - Şuradan deyilib.

Tarif Şurasının qərarına görə, metroda gediş haqqı 0,15 manatdan (15 qəpik) 0,2 manatadək (20 qəpik) artırılıb. Qərar dekabrın 1-dən qüvvəyə minir.

Məlumata görə, Nəqliyyat Nazirliyindən elektron ödəniş sisteminin tətbiqi ehtimalları ilə bağlı tariflərin artırılmasına dair müraciət daxil olmayıb.

Bir müddət əvvəl Nəqliyyat Nazirliyi bəyan etmişdi ki, gələn ilin yanvarından Bakı şəhərindəki sərnişin avtobuslarında turniket-kart ödəniş sistemi tədricən tətbiq olunacaq. Yeni sistemin tətbiqi Bakıda artıq bu ilin dekabrından istismara veriləcək nəqliyyatın intellektual idarə olunması sisteminin işə salınması ilə şərtlənir.

Xəbər lenti

Xəbər lenti