...

“Bank of Azerbaijan” ASC - 18 il Sizinlə!

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2011 11:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 dekabr /Trend/

1 dekabr 2011-cı il tarixində "Bank of Azerbaijan" ASC Azərbaycanın maliyyə xidmətləri bazarında 18 illik fəaliyyətini qeyd edir. Fəaliyyətini özəl bank sektorunun yeni yarandığı şəraitdə başlayan "Bank of Azerbaijan" ASC, səylə çalışdığı bu illər ərzində ölkənin ən yaxşı bankları siyahısına daxil olmuş və öz möhkəm mövqeyini saxlamaqdadır.

Təsis edildiyi gündən etibarən yeni bank xidmətlərinin, innovasiyon texnologiyaların tətbiqi və müştərilərə keyfiyyətli xidmətin göstərilməsi Bankın strategiyasının ayrılmaz hissəsi olaraq qalır. Müvəffəqiyyətlə reallaşmış çoxsaylı layihələr sayəsində bankın həm fərdi, həm də korporativ müştərilərinin sayı ildən ilə artmaqdadır.

"Bank of Azerbaijan" ASC -nın fəaliyyətinin əsas istiqamətlərindən biri istehlakçıya keyfiyyətli və sərfəli bank məhsulu və xidməti təklif etməkdir. Son 2 il ərzində müxtəlif pul köçürmə sisteminə qoşularaq (Contact, Migom, Bıstraya Poçta, və Zolotaya Korona) müştərilərə onların şəxsi tələblərinə uyğun olan optimal sistemi seçməyə imkan yaradır. Müştərilərin ehtiyaçlarını nəzərə almaqla 2011 - cı ilin əvvəlindən "Bank of Azerbaijan" ASC müştərilərə ilk dəfə uzadılmış iş rejimində bank xidməti göstərməyə başlamışdır. Həmin uzadılmış iş rejimində xidmət ölkəmizin paytaxtında və ən iri şəhərlərində (Gəncə və Sumqayıt) göstərilməktədir. "Bank of Azerbaijan" ASC əhali üçün bank xidmətlərini həftənin 7 günü, o cümlədən bayram günləri də təqdim edir.

Bank əməliyyatlarının effektivliyini artırmaq məqsədilə yeni texnologiyaların tətbiqinə Bank böyük önəm verir. Bank xidmətləri sahəsində beynəlxalq praktikada geniş istifadə olunan yeni lisenziyalalı GNİ proqram təminatına keçidlə "Bank of Azerbaijan" ASC xidmətləri daha yüksək səviyyədə göstərməyə başlamışdır. Yeni proqramın imkanları aparılan əməliyyatları sadələşdirərək müştərilərə daha sürətli xidmət göstərilməsinə və yeni innovasiyon layihələrin tətbiqinə şərait yaradır.

Hazırda "Bank of Azerbaijan" ASC müştərilərə müxtəlif bank xidmətləri göstərir - hesablaşma-kassa xidmətləri, istehlak, ipoteka və biznes kreditləri, əmanətlər, plastik kartlar, pul köçürmələri, sənədli əməliyyatlar, bank seyflərinin icarəsi, mobil operator xidmətlərinin ödənişi, kommunal xidmət haqlarının ödənişi, İnternet-Bank, MobilBank xidməti və sair.

Fəaliyyət göstərdiyi illər ərzində "Bank of Azerbaijan" ASC - nın müştəri xidmət şəbəkəsi Bakı, Naxçivan, Sumqayıt, Gəncə, Ucar, Zərdab, Sabirabad və Yevlax şəhərlərində 16 filial və 3 şöbəyə qədər genişlənmişdir. Hal - hazırda Şəki və Quba filialların açılması istiqamətində işlər yekunlaşmaqdadır və 2012 - 2013 - cü illərin planlarına əsasən "Bank of Azerbaijan" ASC - nın filial şəbəkəsi ölkəmizin bütün iri şəhər və rayonlarının əhatə edəcək.

Xəbər lenti

Xəbər lenti