...

Azərbaycanda BTB Bank-ın səhmlərinin ilkin buraxılışı qeydiyyata alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2011 17:26 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "BTB Bank"ın 12 milyon manat həcmində adi, sənədli, adlı, səhmlərinin ilkin buraxılışını qeydiyyata alıb.
Azərbaycanda BTB Bank-ın səhmlərinin ilkin buraxılışı qeydiyyata alınıb

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "BTB Bank"ın 12 milyon manat həcmində adi, sənədli, adlı, səhmlərinin ilkin buraxılışını qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə QKDK-nin cümə axşamı yaydığı məlumatda deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olan 12 000 səhm qeydiyyata alınıb.

"BTB Bank" Vergilər Nazirliyində kommersiya fəaliyyəti üçün dövlət qeydiyyatından 2010-cu il fevralın 24-də keçib və martın sonunda ölkənin Mərkəzi Bankından bank fəaliyyəti göstərmək üçün lisenziya alıb. "BTB Bank" 12 milyon manat nizamnamə kapitalına malikdir.

Dekabrın 22-nə olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti