...

Azərbaycanda yol-nəqliyyat sektorunda və sərnişindaşımada çatışmazlıqlar aradan qaldırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2012 14:20 (UTC +04:00)
Bakıda nəqliyyatın intellektual idarə olunması sisitemi yol-nəqliyyat sektorunda və ictimai nəqliyyatda sərnişinlərin daşınması prosesində bəzi nöqsanların aradan qaldırılmasına imkan verəcək.
Azərbaycanda yol-nəqliyyat sektorunda və sərnişindaşımada çatışmazlıqlar aradan qaldırılacaq

Azərbaycan, Bakı, 11 yanvar /Trend müxbir E.İsmayılov/

Bakıda nəqliyyatın intellektual idarə olunması sisitemi yol-nəqliyyat sektorunda və ictimai nəqliyyatda sərnişinlərin daşınması prosesində bəzi nöqsanların aradan qaldırılmasına imkan verəcək. Bu barədə cümə axşamı Trend-ə Nəqliyyat Nazirliyinin İqtisadiyyat və nəqliyyat siyasəti şöbəsinin müdiri Sədrəddin Məmmədov məlumat verib.

Onun sözlərinə görə, intellektual sistemin bütün funksiyaları 3-4 ay ərzində tədricən aktivləşdiriləcək və uyğunlaşdırılacaq.

"Sistem kifayət qədər mürəkkəbdir və onun bütün funksiyalarının dərhal akrtivləşdirilməsi çətinlik yarada bilər. Məhz ona görə də bütün proseslər mərhələli gedəcək", - Məmmədov qeyd edib.

Onun sözlərinə görə, yanvarın sonundan nəqliyyatın intellektual idarə olunması sisitemi mərkəzinin siqnalı olmadan avtobusları idarə etmək mümkün olmayacaq.

"Bu, yeni sistemin sayəsində mümkün olacaq hərəkətlərdən biridir", - Məmmədov qeyd edib.

Onun sözlərinə görə, hazırda sərnişin avtobusları sürücülərinin yol verdikləri hərəkətlərə və pozuntulara nəzarət üçün şərait yaradılıb. Mənfi faktların aradan qaldırılması məqsədilə avtobusların sürücülərinə tövsiyələr verilir.

"Tədricən bu və ya digər mənfi faktlar aradan qaldırılacaq", - Məmmədov deyib.

Dünən Azərbaycan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun dediyi kimi, 2012-ci ilin ortalarına qədər Bakıda nəqliyyatı intellektual idarəetmə sistemi tam gücü ilə işləyəcək.

Dəyəri 95 milyon dollardan artıq olan nəqliyyatın intellektual idarəetmə sistemi ötən ilin dekabrında işə salınıb.

Bakıda sistemin işə salınması birinci mərhələdir. İkinci və üçüncü mərhələlərdə sistem Abşeron yarımadasını, eləcə də ölkənin bütün iri avtomobil magistralları və yollarını əhatə edəcək.

Bütün üç mərhələ işə salındıqdan sonra sistem Bakıdakı mərkəzdən idarə ediləcək.

Sistemin yaradılması Bakının küçələrində yerləşdirilən 664 ədəd informasiya terminalı və 48 ədəd informasiya lövhəsinin quraşdırılmasını nəzərdə tuturdu. Sistemin tətbiqi çərçivəsində avtobus dayanacaqları üçün 639-a yaxın, taksilər üçün 140-a yaxın meydançanın yaradılması planlaşdırılırdı.

Xəbər lenti

Xəbər lenti