...

"Aqrarkredit" 2011-ci ildə kənd təsərrüfatının kreditləşməsinə 21 milyon dollar yönəldib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Yanvar 2012 17:13 (UTC +04:00)
Azərbaycanın Bank Olmayan Kredit Təşkilatı "Aqrarkredit" 2011-ci ili 221,5 min manatlıq mənfəətlə başa vurub.
"Aqrarkredit" 2011-ci ildə kənd təsərrüfatının kreditləşməsinə 21 milyon dollar yönəldib

Azərbaycan, Bakı, 13 yanvar /Trend/

Azərbaycanın Bank Olmayan Kredit Təşkilatı "Aqrarkredit" 2011-ci ili 221,5 min manatlıq mənfəətlə başa vurub. Trend-in məlumatına görə, bu barədə təşkilatın cümə günü rəsmi mətbuatda dərc olunmuş məlumatında deyilir.

"Ötən il təşkilatın kredit gəlirləri 4 118,5 min manat, xərcləri isə 3897 min manat təşkil edib", - məlumatda qeyd olunur.

2012-ci il yanvarın 1-nə olan məlumata görə, "Aqrarkredit"in ümumi aktivləri 25,9 milyon manat, o cümlədən kredit portfeli 16,6 milyon manat təşkil edib. Kredit təşkilatının toplam kredit portfeli 19,5 milyon manat, o cümlədən nizamnamə kapitalı 18,5 milyon manat olub.

"Aqrarkredit" öz vəsaitləri hesabına kənd yerlərində yaşayan 606 sahibkarlıq subyektinin və 301 borcalan qrupun 1200 üzvünə 6,3 milyon manat kredit verib.

Həmin vəsaitlərdən heyvandarlığın inkişafına 3,3 milyon manat, bitkiçiliyə 0,5 milyon manat, ticarət və xidmət sektoruna 2,4 milyon manat və başqa sahələrə 0,1 milyon manat ayırıb.

Ötən il Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 139 sahibkarlıq subyektinə 1,8 milyon manat kredit ayrılıb.

Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (IFAD) maliyyələşdirdiyi "Şimal-Şərq İnkişaf Layihəsi" çərçivəsində 243 sahibkarlıq subyektinə 42 min manat və 101 borcalan qrupun 400 üzvünə 342 min manat, "Şimal-Qərb İnkişaf layihəsi" çərçivəsində 45 fərdi sahibkara və 579 borcalan qrupun 2300 üzvünə 17 milyon manat kredit verilib.

"Aqrarkredit" Tərəfdaşlıq Fondu hesabına Yaponiya hökumətinin qrantı hesabına ötən illərdə alınmış və lizinq qaydasında kənd təsərrüfatı məhsulları istehsalçılarına icarəyə verilmiş kənd təsərrüfatı texnikasının istifadəsindən 259,9 min manat vəsait toplayıb.

"Aqrarkredit"in əsas səhmdarı 99,9 faiz səhmə malik olan Azərbaycan Maliyyə Nazirliyidir. Qalan hissə isə bərabər olaraq "Azərsığorta" dövlət sığorta şirkəti ilə "Meliorasiya və Su Təsərrüfatı" ASC arasında bölüşdürülüb.

Yanvarın 13-nə olan rəsmi məzənnə 0,7864 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti