...

Mərkəzi Bankda post-krizis dövründə monetar siyasətin dizaynı ilə bağlı "dəyirmi masa" keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2012 18:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Azərbaycan Mərkəzi Bankının (AMB) Təqdqiqatlar və İnkişaf Mərkəzində AMB-nin 20 illik yubiley tədbirləri çərçivəsində gənc iqtisadçı alimlərin iştirakı ilə "Post-krizis dövründə monetar və makroprudensial siyasətin dizaynı" mövzusunda ikinci "dəyirmi masa" keçirilib.

AMB-dən cümə axşamı Trend-ə verilən məlumata görə, tədbirin giriş nitqində qeyd olunub ki, Mərkəzi Bank həm qlobal miqyasda, həm də ölkə səviyyəsində baş verən dəyişiklikləri daim izləyən gənc iqtisadçı alimlərlə fikir mübadiləsi aparmağa böyük önəm verir.

Sonra mövzu ilə bağlı təqdimat keçirilib. Təqdimatın nəticəsi kimi müzakirəyə təqdim olunan suallar ətrafında fikir mübadilələri aparılıb.

İştirakçılar maliyyə sabitliyi ilə bağlı dünyada və Mərkəzi Bankda görülən tədbirlərin xüsusiyyəti, qlobal miqyasda maliyyə sabitliyinin makroiqtisadi siyasətin mühüm və yeni bir istiqamətinə çevrilməsi məsələləri ətrafında müzakirələr aparıblar.

Tədbirin yekununda müzakirələrdə səslənən təkliflər sistemləşdirilib.

Xəbər lenti

Xəbər lenti