...

Azərbaycan Nəqliyyat Nazirliyi yolların təmizlənməsi üçün texnikanı hazır vəziyyətə gətirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2012 11:51 (UTC +04:00)
Azərbaycan Nəqliyyat Nazirliyi "Azərnəqliyyatservis" SC həm Bakı, həm də Azərbaycanın rayonlarında nəqliyyat vasitələrinin əsas magistral yollarda, prospektlərdə normal hərəkətini təmin etmək üçün bütün zəruri texnika və işçiləri səfərbər edib.
Azərbaycan Nəqliyyat Nazirliyi yolların təmizlənməsi üçün texnikanı hazır vəziyyətə gətirib

Azərbaycan, Bakı, 2 fevral /Trend müxbir E. İsmayılov/

Azərbaycan Nəqliyyat Nazirliyi "Azərnəqliyyatservis" SC həm Bakı, həm də Azərbaycanın rayonlarında nəqliyyat vasitələrinin əsas magistral yollarda, prospektlərdə normal hərəkətini təmin etmək üçün bütün zəruri texnika və işçiləri səfərbər edib. Bu barədə cümə axşamı Trend-ə SC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, pis hava şəraitinə baxmayaraq, hazırda SC-nin texnikası əlverişsiz hava şəraitinin fəsadlarını aradan qaldırmaq üçün iş aparır.

"Xüsusən, hazırda yollara qum və duz qarışığı səpilir", - Mürəsliyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti