...

Azərbaycanın Əmək Nazirliyi qurumdakı nəzarəti gücləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2012 16:02 (UTC +04:00)
Bu gün Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olan şikayətlər əsasında qurumun 30-dan çox əməkdaşı vəzifəsindən azad edilib.
Azərbaycanın Əmək Nazirliyi qurumdakı nəzarəti gücləndirir

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir A.Axundov/

Bu gün Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olan şikayətlər əsasında qurumun 30-dan çox əməkdaşı vəzifəsindən azad edilib.

Trend-in məlumatlarına görə, bu barədə cümə günü jurnalistlərə nazir Fizuli Ələkbərovun quruma şikayətlə müraciət edən vətəndaşlarla keçirdiyi növbəti görüşdən sonra nazirliyin Aparat rəhbərinin müavini Elnur Kələntərli bildirib.

"Bir sıra şikayətlər əsassız olur, lakin bir sıra müraciətlərdə yerli strukturların bəzi əməkdaşlarının səhlənkar və qeyri-obyektiv qərarlarından haqlı narazılıq ifadə edilib. Bununla bağlı nazirliyin bəzi əməkdaşlarına töhmət verilib, 30-dan artığı isə azad edilib", - o deyib.

Onun sözlərinə görə, 2011-ci ildə Əmək Nazirliyinə vətəndaşlardan 33 316 şikayət daxil olub.

"Onlardan təxminən 7 mini şikayətdir, yarısı isə bu vətəndaşların işlədiyi müəssisələrdə əmək qanunvericiliyinin pozulmasına dairdir", - Kələntərli bildirib

O qeyd edib ki, nazirliyin fəaliyyəti ilə təxminən 1,5 milyon insanın əhatə olunduğunu nəzərə alsaq, şikayətlərin belə sayı yaxşı göstəricidir.

"Nazirliyin fəaliyyəti 1,5 milyona yaxın insanı əhatə edir, onlardan 500 min nəfər ünvanlı sosial yardım (ÜSY) alan, 400 mini sosial və digər müavinət alan, 220 mini əlillik məsələləri ilə bağlı, digərləri isə başqa məsələlər üzrə insanlardır. Ümumilikdə, şikayət edən şəxslər xidmət göstərilən şəxslərin ümumi sayının 0,47 faizini təşkil edir. Bu statistika bizi sevindirir, lakin məqsəd şikayətlərin sayını sıfıra endirməkdir", - Kələntərli vuğulayıb.

Xəbər lenti

Xəbər lenti