...

Azərbaycanda ipoteka istiqrazlarının dördüncü emissiyasının yerləşdirilməsi başa çatır

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Fevral 2012 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir N.İsmayılova/

Fevralın 23-də Mərkəzi Bank yanında Azərbaycan İpoteka Fondunun (AİF) 3 milyon manat həcmində faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının dördüncü emissiyasının sonuncu hissəsinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi AİF-in yaydığı məlumatda deyilir.

Yerləşdirmə kütləvi təklif üsulu ilə keçiriləcək. İstiqrazlar 101,1833 qiyməti ilə satışa çıxarılacaq. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək.

İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat: Azərbaycan Respublikası Mərkəzi Bankı.

Fevralın 20-nə olan rəsmi məzənnə 0,7864 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti