...

Tacikistan Prezidenti Azərbaycanın iqtisadi inkişaf nazirini qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2012 10:08 (UTC +04:00)
İkitərəfli əməkdaşlığın vəziyyəti və perspektivləri Tacikistan Prezidenti İmamoli Raxmon və Düşənbədə işgüzar səfərdə olan Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev arasında keçirilən görüşdə müzakirə olunub.
Tacikistan Prezidenti Azərbaycanın iqtisadi inkişaf nazirini qəbul edib

Azərbaycan, Bakı, 6 mart /Trend /

İkitərəfli əməkdaşlığın vəziyyəti və perspektivləri Tacikistan Prezidenti İmamoli Raxmon və Düşənbədə işgüzar səfərdə olan Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev arasında keçirilən görüşdə müzakirə olunub. Trend-in məlumatına görə, bu barədə CA-News agentliyi dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verib.

"Tərəflər ticari-iqtisadi əməkdaşlıq üzrə Tacikistan-Azərbaycan hökumətlərarası komissiyasının birinci iclasının keçirilməsinin mövcud olan böyük istifadə olunmamış potensialı reallaşdırmağa imkan verdiyini razılıqla qeyd ediblər", - məlumatda deyilir.

Onun sözlərinə görə, görüşdə iki ölkə arasında siyasi əlaqələrin möhkəmlənməsində, eləcə də iqtisadiyyat, ticarət, investisiyalar, sənaye, energetika, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində hər iki ölkənin maraqlı olduğu bildirilib.

Yükdaşımaların həcminin və ölkələrin tranzit potensialının artırılmasına xüsusi diqqət ayrılıb. Tərəflər habelə regional və beynəlxalq problemlərlə bağlı fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti