Güclü dumana görə iki aviareys Bakıda enə bilməyib

Azərbaycan, Bakı, 21 mart /Trend/
Güclü dumana görə iki aviareys çərşənbə günü Bakı aeroportuna enə bilməyib. Bunu Trend-ə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildiriblər.
Naxçıvandan (gəlmə vaxtı 02:55) və Tbilisidən (gəlmə vaxtı 03:10) gələn təyyarələr Gəncəyə yola düşməyə məcbur olub.
Aeroportdan bildirilib ki, reyslərin Bakıya nə vaxt qayıdacağı barədə hələ məlumat yoxdur.