...

"AccessBank" filial şəbəkəsini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2012 14:10 (UTC +04:00)
Azərbaycan bankı "AccessBank" iki pərakəndə filial - "Sülh" və "Maştağa" filiallarını açıb.
"AccessBank" filial şəbəkəsini genişləndirir

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Azərbaycan bankı "AccessBank" iki pərakəndə filial - "Sülh" və "Maştağa" filiallarını açıb. Bu barədə Trend-ə bazar ertəsi bankdan məlumat verilib.

"Sülh" filialı Sumqayıt şəhərində sayca bankın ikinci filialıdır. Onun açılması birinci filialın uğurlu fəaliyyəti ilə şərtlənir - fəaliyyət göstərdiyi 9 ildən də az bir müddət ərzində 12 000 nəfərdən artıq müştəri bazası toplamağa nail olub. Filialda müştərilərin sayının hər il artdığını nəzərə alan "AccessBank" rəhbərliyi bu şəhərdə ikinci filial açmağı qərara alıb. Öz növbəsində, "Maştağa" filialının açılması qəsəbə sakinlərinin maliyyə xidmətlərindən istifadə etməsini asanlaşdıracaq və bankın bu ərazidə fəaliyyət göstərən kredit müştəriləri üçün ödəniş şəraitini yaxşılaşdıracaq.

"AccessBank" daim müştərilərimizə daha yaxşı xidmət göstərmək üçün çalışır. Sumqayıtda və Maştağada müştərilərimizə daha mükəmməl xidmət göstərmək, onlar üçün daha rahat və yaxın olmaq məqsədilə bu iki filialı açmağa qərar verdik", - bankın baş meneceri Andrev Pospielovsky filialın açılmasını şərh edərək deyib.

Qeyd edək ki, "Sülh" və "Maştağa" filiallarınının açılması ilə Azərbaycanın əksər hissəsini əhatə edən "AccessBank" filial şəbəkəsi 32 filialadək genişlənib.

АccessBank-ın missiyası, aşağı və orta gəlirli Azərbaycan ailələrinə, eləcə də mikro və kiçik sahibkarlara maliyyə xidmətləri göstərməkdən ibarətdir. "АccessBank" "Fitch" beynəlxalq reytinq agentliyi tərəfindən Azərbaycan bankları arasında ən etibarlı bank adına layiq görülüb (sabit proqnozla "BB+" səviyyəsində), həmçinin, "Global Finance" (2011) və "Euromoney" Nəşriyyat Qrupu (2010-2011) tərəfindən "Azərbaycanın ən yaxşı bankı", "The Banker" nəşri tərəfindən isə "İlin bankı" adına layiq görülüb.

"AccessBank" 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank - Almaniya hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən "AccessHolding" (16.5%) və Almaniyanın "LFS Financial Systems GmbH" (3.5%) şirkətləridir.

Xəbər lenti

Xəbər lenti