...

Azərbaycanın dəmiryolunda toqquşma qatarların hərəkətinə təsir etməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2012 15:26 (UTC +04:00)
Bu gün günorta saatlarında Şirvan şəhərində yük avtomobilinin qatarla toqquşması digər qatarların hərəkətinə heç bir təsir göstərməyib.
Azərbaycanın dəmiryolunda toqquşma qatarların hərəkətinə təsir etməyib

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir E.İsmayılov/

Bu gün günorta saatlarında Şirvan şəhərində yük avtomobilinin qatarla toqquşması digər qatarların hərəkətinə heç bir təsir göstərməyib. Çünki qəzanın baş verdiyi yol yardımçı yoldur və onun əsas hərəkət marşrutlarına aidiyyəti yoxdur. Bu barədə çərşənbə axşamı Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, bu hadisə həmin yoldakı qatarların hərəkətinə də təsir etməyib, çünki qəzanın nəticələri dərhal aradan qaldırılıb. Qəza mühafizə olunmayan keçiddə baş verib.

Toqquşma nəticəsində yük avtomobilinin sürücüsü və iki sərnişini xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti