...

Azərbaycanın dövlət lizinq şirkəti kapitalını beş dəfə artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2012 17:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Aqrolizinq" dövlət lizinq şirkətinin 60,5 milyon manat həcmində adi, adlı, sənədsiz səhmlərinin prospekt emissiyasını qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə cümə günü Bakı Fond Birjasının (BFB) yaydığı məlumatda deyilir.

Emissiya çərçivəsində nominal qiyməti 2 manat olan 30,25 milyon səhm buraxılır.

Sövdələşmənin anderrayteri qismində "Texnika Kapital Menecment" MMC çıxış edir.

Şirkətdən cümə günü Trend-ə bildiriblər ki, bununla da şirkətin nizamnamə kapitalı 75,52 milyon manatadək artacaq.

Xəbər lenti

Xəbər lenti